Diaspora.TV-də “Uğurlu Soydaşın” növbəti qonağı Almaniyada yaşayan həmyerlimiz, 17 yaşlı futbolçu Elgün Əliyev olub.
E.Əliyev öz uğur hekayəsindən bəhs edib. 7 yaşından futbolçu olmaq qərarına gələn soydaşımız gələcəkdə Azərbaycanı dünyada təmsil etmək arzusundadır. O, hazırda “Osterrönfelder TSV” komandasında oynayır.
Qonağımız söhbət zamanı qeyd edib ki, 2 ildir həm də futbol müəllimi kimi çalışır. Onun tələbələri müxtəlif yaş qruplarından və ayrı-ayrı ölkələrdən olan idmançılardır.
Bir yaşından Azərbaycandan kənarda yaşayan soydaşımızın sözlərinə görə, Azərbaycan futbol yığmasından ona təklif gəlsə, dəyərləndirəcək. Çünki onun arzularından biri də vətəndə oynamaqdır.
Müsahibimizin sözlərinə görə, Rendsburq şəhərində çox az sayda azərbaycanlı ailə yaşasa da, onlar fəal deyillər. Bu səbəbdən həmvətənlimiz məktəbdə və idmandakı çevrəsinə ölkəmiz haqqında valideynlərindən öyrəndiklərini çatdırmağa, vətənimizi tanıtmağa çalışır.
E.Əliyev bu kimi uğurları qazanmasında ailəsi və müəllimlərinin ona dəstək verdiyini bildirib.
Diaspora.TV
Lətif Abdurahmanov saytmızda əlaqə nömrəsi var. Bizə yazın.
09.06.2024 / 11:02