Tarix: 16.09.2024 / 19:00
Azərbaycanəsilli jurnalist  tamaşaçılara  müraciət edib

Azərbaycanəsilli jurnalist tamaşaçılara müraciət edib

Mavrikiyaya səfir təyin olunan Azərbaycan əsilli jurnalist İradə Zeynalova “Həftənin yekunları” verilişinin tamaşaçılarına müraciət edib.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, İ.Zeynalova emosiyalarını gizlətməyib. Bu dəfə mən sizinlə və bütün yetkin həyatımı həsr etdiyim jurnalist peşəsi ilə vidalaşıram. Birlikdə böyük siyasətin məntiqini dərk etdiyimiz və ən vacib suallara cavab axtardığımız bütün bu illər üçün sizə təşəkkür etmək istəyirəm.

İ.Zeynalova əlavə edib ki, onu həm qaynar nöqtələrdə, həm də siyasətçilərlə söhbətlərində sona qədər getməyə sövq edən sadiq izləyiciləri olub.

Jurnalist bütün bu illər ərzində ona dəstək olan NTV komandasına müraciət edib:

“Bu qədər real olduğunuza, bütün bu səkkiz il bir yerdə olduğumuza, həmişə birlikdə düşünüb qalib gəldiyimizə görə sizə təşəkkür edirəm”.

Şərhlər

Yaz...