Tarix: 14.09.2024 / 19:28
Azərbaycanəsilli jurnalist səfir postu ilə bağlı planlarını    açıqlayıb

Azərbaycanəsilli jurnalist səfir postu ilə bağlı planlarını açıqlayıb

Azərbaycan əsilli jurnalist İradə Zeynalova bildirib ki, o, Mavriki Respublikasında səfir kimi Rusiyanın maraqlarını təmsil edəcək.

Diaspora.TV xəbər verir ki, İ.Zeynalova MK-ya yeni vəzifəsi ilə bağlı planlarını açıqlayıb.

O, Mavrikiy Respublikasında rus mədəniyyətini və elmini təbliğ edəcəyini, həmçinin dövlətə marağı inkişaf etdirəcəyini bildirib.

“Ümid edirəm ki, tələbə və mədəni mübadilələrimiz olacaq. Görək orada turizmi necə inkişaf etdirmək olar”, - deyə Zeynalova bildirib.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, teleaparıcı İradə Zeynalova beynəlxalq jurnalist və Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını fərqlənmə diplomu ilə ikinci ali təhsil alıb və bu vəzifə üçün idealdır.


Şərhlər

Yaz...