Tarix: 30.05.2024 / 18:31
Azərbaycanəsilli gənc dünyanın ən yaxşı  futzalçısı seçilib

Azərbaycanəsilli gənc dünyanın ən yaxşı futzalçısı seçilib

Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərindən olan Salar Ağapur dünyanın ən yaxşı gənc futzalçısı seçilib.

Diaspora.TV xəbər verir ki, bu barədə dünyanın ən etibarlı futzal mediası olan "Futsal Planet" saytı məlumat yayıb.

Tarixdə ilk dəfədir ki, bir Azərbaycan türkü buna nail olur.

Qeyd edək ki, cari mövsümdə Salar Ağapurun oynadığı İspaniyanın “Palma” komandası Avropa Çempionlar Liqasının qalibi olub.

Bununla yanaşı həmin mövsümdə azərbaycanlı idmançının oynadığı İran Futzal Komandası Asiya çempionluğunu qazanıb.

Şərhlər

Yaz...