Tarix: 14.08.2024 / 21:05
Azərbaycandan Rusiyaya dollar keçirmək istədi,  saxlanıldı

Azərbaycandan Rusiyaya dollar keçirmək istədi, saxlanıldı

Rusiyanın Həştərxan hava limanında gömrükçülər Bakıdan gələn sərnişinlərin əl yüklərini və baqajlarını yoxlayarkən bəyan olunmamış nağd pulun ölkəyə gətirilməsi cəhdinin qarşısını alıblar.

Diaspora.TV Rusiya KİV-nə istinadən xəbər verir ki, müfəttiş yaşıl dəhlizdə 53 yaşlı kişini saxlayıb. Sərnişin bəyan edib ki, onda məcburi bəyan edilməli mal yoxdur. Lakin onun bel çantasından 22 800 dollar nağd pul tapılıb. Rusiya vətəndaşı olan sərnişin bildirib ki, bəyan etmək zərurətindən xəbəri olmayıb və pulu BƏƏ-də qazanıb.

Qaydalara görə, 10 min dollara qədər məbləğ bəyannaməsiz gətirilə bilər və pulun bu hissəsi ona qaytarılıb. Qalan 12 800 ABŞ dolları isə müsadirə edilib və məhkəmə qərar verəcək. Həmin şəxs barəsində inzibati iş başlanıb.

Ümumilikdə, ilin birinci yarısında Həştərxan və Volqoqrad hava limanlarında gömrük orqanları qanun pozucularından 112 min ABŞ dolları ekvivalentində müsadirə ediblər.

Şərhlər

Yaz...