Tarix: 22.08.2024 / 14:20
Azərbaycandan olan yəhudi gənclər İsrail ordusuna   yazılır

Azərbaycandan olan yəhudi gənclər İsrail ordusuna yazılır

Davam edən müharibə şəraitində 300-dən çox immiqrant “Qarin Tsabar” proqramı çərçivəsində İsrail Müdafiə Ordusuna qoşulacaq. 1991-ci ildə Skaut hərəkatı tərəfindən yaradılan “Qarin Tsabar” Proqramı son 33 il ərzində 7000-dən çox subay immiqrant əsgərə hərtərəfli dəstək sistemi təqdim edib.İsraildəki “Qarin Tsabar” proqramının icraçıları bildiriblər ki, müxtəlif ölkələrdən 300-dən çox gənc yəhudi immiqrantın “Qarin Tsabar” proqramı çərçivəsində sentyabr ayında İsrailə gəlməsi gözlənilir.

Diaspora.TV xəbər verir ki, İsrailin məşhur “Jerusalem Post” nəşri saylarını yazmasa da, proqrama qoşulanlar arasında Azərbaycandan gələcək immiqrantların da olduğunu qeyd edir.

Əlavə olunur ki, sözügedən proqram “dünyanın hər yerindən İsrailə köçmək və İsrail Müdafiə Qüvvələrinə yazılmaq istəyən gənc yəhudilərə güclü dəstək verməyə çalışacaq”.

2024-cü ildə “Qarin Tsabar” Yay Düşərgəsinin açılışının avqustun 29-da Təl-Əviv Universitetinin Smolarz zalında baş tutacağı gözlənilir və burada 300-ə yaxın gələcək əsgər üçün qala-qəbul keçiriləcək.

“Qarin Tsabar” proqramı, həmçinin İmmiqrasiya və Absorbsiya Nazirliyi, Müdafiə Nazirliyi, İsrail üzrə Yəhudi Agentliyi və Masa Layihəsi və digər İsrail qurumlarından dəstək alır.

Şərhlər

Yaz...