Tarix: 05.11.2024 / 14:55
Azərbaycandan İsrailə gedən qaz kəmərini raketlə vurmalıyıq –    İranlı ekspert

Azərbaycandan İsrailə gedən qaz kəmərini raketlə vurmalıyıq – İranlı ekspert

Azərbaycandan İsrailə gedən qaz kəmərini raketlə vurmalıyıq.

Diaspora.TV xəbər verir ki, bu sözləri radikal fikirləri ilə tanınan İranın keçmiş əmək naziri Höccətullah Əbdülməliki deyib.

İsrailə neft ixrac edən İslam ölkələrinin tankerlərinin də vurulmasına toxunan Əbdülməliki vurğulayıb:

"İsrailin məhvi Coca-Cola içməməklə baş verməyəcək. Azərbaycan və İraq kimi müsəlman ölkələrindən xam neftin İsrailə daşınmasına embarqo qoymalıyıq".

O, Azərbaycanın İsrailə neft boru kəmərlərini “legitim hədəf” adlandırıb və Azərbaycanı hədələyib:

“Ya İsrailə ixrac boru kəmərinizi dayandırın, ya da biz onları partladacağıq”./Tabnak


Şərhlər

Yaz...