Tarix: 25.09.2024 / 17:00
Azərbaycandan Gürcüstana qanunsuz keçən 5 nəfər    həbs edildi

Azərbaycandan Gürcüstana qanunsuz keçən 5 nəfər həbs edildi

Daxili İşlər Nazirliyinin Sərhəd Polisi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində 5 əcnəbi vətəndaş, 1991-ci il təvəllüdlü A.A. 1994-cü il təvəllüdlü B.R. 1981-ci il təvəllüdlü A.N. 1991-ci il təvəllüdlü S.A və 1986-cı il təvəllüdlü Q.A nı qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçdikləri üçün həbs ediliblər.

Diaspora.TV gürcü mediasına istinadla xəbər verir ki, cinayət 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər sərhəd-keçid məntəqəsindən yan keçərək Azərbaycan Respublikası Laqodexi diviziyası, sərhəd sektorunun Matsimi mühafizə bölməsindən qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçərək Gürcüstan ərazisinə daxil olublar.

Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən, Gürcüstanın dövlət sərhədini qanunsuz, qrup şəkildə keçmə faktı ilə bağlı araşdırma aparılır.

Şərhlər

Yaz...