Tarix: 02.05.2024 / 21:32
Azərbaycandakı ukraynalılar  bəyannamə yaydı

Azərbaycandakı ukraynalılar bəyannamə yaydı

Azərbaycandakı ukraynalılar və Ukraynanın dostları Prezident Volodimir Zelenskinin Sülh Formulası və Ukraynanın müstəqilliyinin müdafiəsi, suverenliyinin və ərazi bütövlüyünün bərpasında yardımın gücləndirilməsi ilə bağlı açıq bəyannamə imzalayıblar.

Diaspora.TV xəbər verir ki, bəyannamədə Ukrayna ilə Azərbaycan arasında mövcud dostluq əlaqələri və qarşılıqlı hörmət prinsipləri xüsusi qeyd edilir.

Həmçinin Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə Azərbaycanın şəksiz dəstəyi vurğulanır.

Bununla yanaşı, Azərbaycanın ali rəhbərliyi tərəfindən müharibənin mənfi nəticələrinin aradan qaldırılması məqsədilə göstərilən köməyi yüksək qiymətləndirilib.

Sənəddə Ukraynaya bundan sonra da humanitar və digər zəruri yardımların göstərilməsinə çağırış olunur. Təhlükəsizlik risklərinin azaldılması üzrə qlobal strategiyaya nail olmaq və güc və ya güclə təhdid tətbiq etməmək prinsipinə nail olmaq məqsədi ilə Ukrayna Prezidenti Volodimir Zelenskinin təşəbbüsü ilə irəli sürülən Sülh Formulasının həyata keçirilməsinə qoşulmağın zəruriliyi bildirilir.

Şərhlər

Yaz...