Tarix: 27.10.2024 / 12:30
Xaricidəki azərbaycanlılar Vətənin turizmini necə qiymətləndirirlər?     - MÜNASİBƏT

Xaricidəki azərbaycanlılar Vətənin turizmini necə qiymətləndirirlər? - MÜNASİBƏT

"Azərbaycanda turizm çox aşağı səviyyədədir".

Bu sözləri Diaspora.TV-yə Avropada yaşayan soydaşımız Elman Mustafazadə Azərbaycanda turizmin inkişafı məqsədilə nüfuzlu diaspor təşkilatlarına güzəştli limitin ayrılması və Vətəndəki turizimin mövcud vəziyyəti barədə danışarkən deyib. Onun sözlərinə görə, pandemiyadan əvvəl Avropada yaşayan 10 nəfərlə Azərbaycana səfər edib:

"Onlar xaricdə yaşayan azərbaycanlılar idilər. Vətəni gəzməyə başladıq, xüsusən də, milli azlıqların yaşadıqları bölgələrə - Oğuz, Qəbələyə səfər etdik. Pandemiyadan çox sonra isə Azərbaycanın cənub bölgəsinə getdik. Lənkəran, Astara və başqa rayonlarda olduq. Mən bu rayonlarda heç olmamışdım. Sonra Şəkiyə də getdik. Həmin səfərlər zamanı Azərbaycanda turizmin çox aşağı səviyyədə olduğunu gördüm. Otellər bərbad vəziyyətdə idi, xidmət deyiləsi deyil".

Elman Mustafazadə Azərbaycanda otellərin həm də çox baha olduğunu önə çəkib:

"Demək olar ki, Avropadakı qiymətlərlə eynidir. Bərdə rayonunda biz bir oteldə qaldıq, iki otağa səhər yeməyi ilə birlikdə 200 manat ödədik. Verdikləri yeməyi itə atsan, yeməzdi. Axırda dilə gəldim ki, kənd yeridir, heç olmasa yumurtanı təzə verin. Mingəçevirdə isə otellərin qiyməti adambaşına hesablanırdı - 50 manat. Ağ rəngdə olan yatacaq qara rəngdə görünürdü. Lənkəranda qaldığımız oteldən heç danışmaq istəmirəm, ümumiyyətlə, bərbad idi. Xankəndidə, Şuşada, Füzulidə də olmuşam. Laçında evlər gecəsi 60 manata təklif edilsə də, tapmaq olmur ", - deyə Elman Mustafazadə bildirib.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...