Tarix: 18.11.2024 / 16:00
Bakıda film çəkilişləri olsa, imtina etmərəm    - Vladislav Abaşin

Bakıda film çəkilişləri olsa, imtina etmərəm - Vladislav Abaşin

Kinopoisk onlayn platformasında Dostoyevskinin “Cinayət və Cəza” romanının yeni film versiyasının premyerası keçirilib.

Diaspora.TV xəbər verir ki, bu barədə serialda baş rollardan birini canlandıran aktyor Vladislav Abaşin “Moskva-Bakı” telekanalına müsahibəsində bildirib.

"Bakıda film çəkilişləri olsa, qəti şəkildə imtina etmərəm. Çünki orada olmamışam, memarlıqla maraqlanıram, nəhəng tarixi olan İçərişəhəri görmək istərdim. Bütün bunları əyani şəkildə görmək, insanlarla tanış olmaq maraqlıdır. Bildiyim qədər, Azərbaycanda çoxları rus ədəbiyyatı ilə maraqlanır. Mən Rusiya ilə Azərbaycan arasında daha çox birgə layihələr görmək istərdim. Axı mədəniyyət insanları birləşdirir, ona görə də ümid edirəm ki, onlar Azərbaycanda daha çox film çəkməyə başlayacaqlar. Çünki bu, tarixdir, təbiətdir, mənəviyyatdır, bunu başqa yerdə çəkə bilməzsən. Həmkarlarım bildirilər ki, Azərbaycan tamaşaçıları layihələrimizə, tamaşalarımıza sevə-sevə baxırlar. Çox xoşdur ki, Azərbaycanda rus mədəniyyəti hələ də qiymətləndirilir",- deyə aktyor bildirib.

Şərhlər

Yaz...