Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Ukrayna kəşfiyyatı Amerika pulları ilə dəstəklənir və bu o deməkdir ki, Kiyevin Vladimir Putinə sui-qəsd cəhdlərində ABŞ dolayısı ilə iştirak edir. Departament nümayəndəsi Mariya Zaxarova bu barədə Ukraynanın Rusiya prezidentini sıradan çıxarmağa cəhd etdiyini etiraf etdikdən sonra danışıb. Donald Trampa sui-qəsd cəhdi fonunda diplomat həmçinin Vaşinqtonu Kiyevə nəzarətsiz pul göndərilməsini dayandırmağa və ABŞ-ın təhlükəsizliyini təmin etmək üçün istifadə etməyə çağırıb.
Diaspora.TV xəbər verir ki, bu barədə məluat verən gazeta.ru saytı bildirir ki, Putin artıq ondan çox sui-qəsd cəhdindən sağ çıxıb.
Saytın iddiasına görə, çeçenlər Putini Azərbaycanda da təqib edərək öldürmək istəyiblər və 2001-ci ildə onun işgüzar səfəri zamanı sui-qəsdin qarşısı yerli kəşfiyyat xidməti tərəfindən alınıb.