Tarix: 18.10.2024 / 08:51
Diaspora liderləri arasında problemlər var  - Politoloq

Diaspora liderləri arasında problemlər var - Politoloq

“Azərbaycan diaspora liderləri arasında ciddi problemlər var ".

Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Əziz Əlibəyli deyib. O, vurğulayıb ki, vahid diaspor proqramı və ya strategiyasının olması vacibdir:

“Əgər biz diaspor təşkilatları güclü olan ölkələrə - Ermənistan, İran, Yunanıstan, Çinə baxsaq, görərik ki, bu ölkələrin diasporları dövlət tərəfindən formalaşmayıb. O ölkələrin ən önəmli üstünlüyü diasporların ideologiyasının olmasıdır.
Azərbaycanlılar diaspor ətrafında birləşməkdənsə dini, etnik baxımdan daha cəlbedici saydıqları ideologiyalara qoşulur və onlara qulluq edirlər", deyə politoloq bildirib.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...