Tarix: 25.10.2024 / 08:36
İran Azərbaycanda islamı məzhəb səviyyəsinə endirmək üçün ciddi cəhdlər edir  - Deputat

İran Azərbaycanda islamı məzhəb səviyyəsinə endirmək üçün ciddi cəhdlər edir - Deputat

“Azərbaycan Konstitusiyasında din, etiqad azadlığının olduğu göstərilir. Amma çox təəssüf ki, vətəndaşlarımızın hüquqlarını pozan, islam dininin mahiyyətinə xələl gətirən qüvvələr var. Bu təhlükə, xüsusən, Cənubdan gəlir".

Bu sözləri Milli Məclisin deputatı Diaspora. TV-yə müsahibəsində deyib.

"İran Azərbaycanda islamı məhzəb səviyyəsinə endirmək üçün ciddi cəhdlər edir. İslam şürunu fars şevonizmə xidmət edən radikal məshəbçiliyə qədər endirirlər. Təəssüf ki, vaxti ilə bu istiqamətdə boşluqlardan istifadə edərək çoxsaylı paniranist mollalar yetişdirilib Azərbaycana göndəriblər. Bu bəladan qurtulmaq lazımdır. Azərbaycanda dini vəzifələr icra edən bütün möminlərimiz mütləq Azərbaycanda təhsil almalıdırlar.Təkcə dini yox, həm də dünyəvi təhsil almalıdırlar. Belə olanda imanımız daha mükəmməl olar, biz islamı daha dərindən dərk edə bilərik. Şübhəsiz ki, belə din xadimləri Azərbaycanda var”.

Hikmət Babaoğlu hesab edir ki, Azərbaycandakı mömünlər Azərbaycan dövlətinin və millətinin təəsübkeşləri olmalıdırlar:

“Elə mömünlərimiz var ki, onlar mömünlüyü ərəb təəsübkeşliyində görürlər. Əslində, bunun dinlə bir əlaqəsi yoxdur. Onlar mömünlüyə və islama ibadəti paniranizmə, fars şovinizmə xidmətdə görürlər. Bu dəhşətlidir. Buna qətiyyən yol vermək olmaz. Hər bir xalqın bütün resursları, o cümlədən, inanc, din kimi ideoloji resursları o xalqın inkişafına xidmət etməlidir”, - deyə, Hikmət Babaoğlu bildirib.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...