Dağıstandan müxtəlif ölkələrə turist axını 1,5 dəfə artıb.
Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, bu ölkələr arasında Azərbaycan birinci yerdədir. Rəsmi statistikaya görə, Azərbaycana səfər edən dağıstanlıların sayı 20% atıb. Sonrakı yerləri Türkiyə (17% artıb) və Səudiyyə Ərəbistanı (10% artıb) tutur.
Asiya ölkələrinə turist axını, ümumilikdə 48% artıb. Ən çox ziyarət edilən ölkələr Çin, Tayland və Yaponiyadır. Ən böyük artım Vyetnam, Honq Konq və Yaponiyada müşahidə olunub - müvafiq olaraq 135%, 96% və 95%. Biletlərin 17% bahalaşdığı Tayland istisna olmaqla, aviabiletlərin qiymətləri dəyişməyib və ya 3-40% arasında azalıb.
Afrika qitəsinə səfərlərin sayı da 16% artıb - Misir, Tunis və Mərakeş ən populyar ölkələr olaraq qalır.
Avropa istiqamətlərinin populyarlığı da 13% artıb.