Tarix: 09 Avqust 2024 16:24 | Baxış sayı: 860
Azərbaycana qarşı çoxları problem yaradır  - Yusif Demirağ

Azərbaycana qarşı çoxları problem yaradır - Yusif Demirağ

“Azərbaycanla bağlı keçirilən tədbirlərdə yaxından iştirak edirəm”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında əslən türk olan Azərbaycan sevdalısı, Parisdə yaşayan fəal tələbə Yusif Demirağ deyib.

Y.Demirağın sözlərinə görə, Parisdə doğulub və hazırda İnalco Universitetində təhsil alır:

“Həm türklərə, həm azərbaycanlılara, həm də türkdilli xalqların hər birinə nə zaman kömək lazım olarsa, sevə-sevə qatılıram, köməyimi əsirgəmirəm. Əsasən də Azərbyacanın tanıdılması istiqamətində mədəniyyət və incəsənət tədbirlərində, konsertlərdə aktiv iştirak edirəm”.

Y.Demirağ bildirib ki, Fransada Azərbaycanı istəməyən qruplar hər zaman problem yaradırlar:

“Biz nə qədər çalışsaq da Azərbaycana qarşı çoxları problem yaradır. Ancaq onlara fikir vermədən yenə davam edirik. Əsasən də ermənilər fəaldır və bizə qarşı gəlməyə çalışırlar. Biz heç bir siyasi məsələyə qarışmadan, mədəniyyət üzərindən də öz işimizi görürük”.

Qeyd edək ki, əslən türk olan Yusif Demirağ Fransada anadan olub, Azərbaycan və rus dillərini öyrənir.

O, bu günlərdə Laçında keçirilən Diaspor Gənclərinin Yay Düşərgəsində iştirak edib.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    30.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 30.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    29.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 29.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    31.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 31.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT   - 28.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 28.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    01.11.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 01.11.2024

“Azərbaycan dili” -    25-ci dərs
Diaspor, Dərs saatı, Video Qalereya

“Azərbaycan dili” - 25-ci dərs