Tarix: 22.11.2024 / 15:18
Azərbaycana qanunsuz taxta daşıyan   erməni iş adamı kimdir?

Azərbaycana qanunsuz taxta daşıyan erməni iş adamı kimdir?

Azərbaycana qanunsuz olaraq 18 milyon rubl dəyərində taxta-şalban daşıyan erməni sahibkar Rusiyanın Nyandoma şəhərində mühakimə olunub.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, söhbət 56 yaşlı erməni iş adamı Karen Sarkisyandan gedir. O, Nyandoma sakinidir və fərdi sahibkar kimi qeydiyyatdan keçib. Sarkisyan taxtanın mişarlanması, planlaşdırılması, eləcə də daşınması ilə məşğul olur.

“Müəyyən edilib ki, 2019-cu ilin fevral-noyabr ayları ərzində maddi gəlir əldə etmək məqsədi ilə Azərbaycan Respublikasına taxta-şalban ixracı ilə bağlı 5 xarici müqavilə bağlanıb. Gömrük orqanına taxta-şalbanın əldə olunduğu mənbə haqqında bilərəkdən yalan məlumatlar daxil etməklə, ümumi dəyəri 18 milyon rubldan çox olan taxta-şalban qanunsuz olaraq gömrük sərhədindən kənara keçirilib”, - deyə prokurorluq bildirib.




Şərhlər

Yaz...