Tarix: 06 Avqust 2024 15:20 | Baxış sayı: 168
Azərbaycana məxsus yük maşını  Türkiyədə qəzaya düşüb

Azərbaycana məxsus yük maşını Türkiyədə qəzaya düşüb

Türkiyənin Kocaeli vilayətinin İzmit rayonunda baş verən qəza zamanı Azərbaycana məxsus dövlət nömrə nişanlı yük maşını ilə yerli minik avtomobili toqquşub. Qəza nəticəsində xəsarət alan olmadığı bildirilib.

Diaspora.TV xəbər verir ki, toqquşması nəticəsində avtomibillərə ziyan dəyib.

Qəza D-100 magistralının İstanbul istiqamətində, Memar Sinan körpüsündə baş verib.

M.C. V.A-nın idarə etdiyi 41 R 3013 nömrə nişanlı avtomobil, 99 GE 580 Azərbaycan nömrə nişanlı yük maşını ilə toqquşub. Avtomobildə olan sürücülər və sərnişinlər ehtiyat tədbiri olaraq hadisə yerində müayinə olunublar.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.


Şərhlər

Yaz...

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır