Rusiya Azərbaycana məhsul ixracının həcmini daha da genişləndirir. Şimal qonşumuzun Kaluqa vilayətindən də Azərbaycana süd məhsullarının göndərilməsinə başlanılıb.
Diaspora.TV xəbər verir ki, bu barədə qubernatorun müavini Vladimir Popov məlumat verib. O, qeyd edib ki, sözügedən əyalətdən Azərbaycana əsasən, süd və qaymaq ixrac olunur. Gələcəkdə pendir və kəsmiyin də göndərilməsi nəzərdə tutulub.
Popov vurğulayıb ki, Kaluqa və Voronej vilayətlərində fəaliyyət göstərən istehsalçı müəssisələri sözügedən ixrac üçün akkreditasiyadan keçib.