Tarix: 17.08.2024 / 22:08
 Azərbaycan Xalqlar Dostluğu Birliyi Antalya valisini  ziyarət edib

Azərbaycan Xalqlar Dostluğu Birliyi Antalya valisini ziyarət edib

Azərbaycan Xalqlar Dostluğu Birliyinin sədri, vəkil Lalə Həsənova və İdarə Heyətinin üzvləri Antalya valisi Hulusi Şahini ziyarət ediblər. İki saat davam edən görüşdə vali birliyin fəaliyyəti ilə yaxından maraqlanıb. Birliyin rəhbəri Lalə Həsənova gələcək planları haqqında məlumat verib.

Bu barədə Diaspora.TV-yə Azərbaycan Xalqlar Dostluğu Birliyinin sədri Lalə Həsənova məlumat verib.

L.Həsənova əlavə edib ki, vali Hulusi Şahin hər zaman olduğu kimi bundan sonra da Azərbaycan xalqını və birliyimizin layihələrini dəstəkləyəcəyini qeyd edib:

“Söhbət zamanı Azərbaycan və Türkiyənin tarixi qələbələrindən, qəhrəmanlıq dastanlarından danışılıb. Türkiyə Jurnalistlər Konfederasiyasının Xarici Əlaqələr üzrə Baş Koordinatoru Mövlud Yeni məsləhətləşmələr zamanı təftiş komissarı olduğu bölmənin fəaliyyətindən, müharibədən əvvəl Azərbaycana etdiyi ekspedisiyalardan, Cocuq Mərcanlıya səfərindən və 2018-ci ildə “Antalyadan Azərbaycan Şəhidləri Abidəsi”nin açılışından danışıb”.

Qeyd edək ki, Antalya valisi Hulusi Şahinin Antalyada fəaliyyət göstərən birliklər arasında görüş keçirdiyi ilk dərnək Azərbaycan Xalqlar Dostluğu Dərnəyidir.

Əslən Qarabağın gözəl güşələrindən biri Ağdam şəhərindən olan Lalə Həsənova ziyarət xatirəsi olaraq Qarabağ Zəfərinin simvolunu - "Xarıbülbül" və ərazi bütövlüyümüz təmin edilən Azərbaycan xəritəsi motivli hədiyyəni valiyə təqdim edib.



L.Həsənova əlavə edib ki, Azərbaycan Xalqların Dostluğu Birliyi “iki ölkə arasında körpü” kimi Azərbaycanı Antalyada layiqincə təmsil edir:

“Altın Kırlangıç Ödülü” Assosiasiyanın aldığı ən mühüm mükafatlardan biridir. Birlik Daxili İşlər Nazirliyi, İmmiqrasiya Baş İdarəsi, Antalya valiliyi, İl İmmiqrasiya İdarəsi tərəfindən bu mükafata layiq görülüb. “Kırlangıç" – ümidi təmsil edir. Azərbaycan Xalqlar Dostluğu Dərnəyi Antalyada “soydaşlarımıza hər zaman ümid olmaqdan özümüzü xoşbəxt hiss edirik” başlığı ilə fəaliyyətini davam etdirir”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...