Tarix: 02.09.2024 / 10:40
Azərbaycan xalqında birləşmə duyğusu...    - Politoloq

Azərbaycan xalqında birləşmə duyğusu... - Politoloq

“Hesab edirəm ki, Azərbaycan xalqında birləşmə duyğusu həmişə yüksək olub”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Tofiq Abbasov deyib. Politoloq əlavə edib ki, xalq bunun istər Birinci, istərsə də ikinci Qarabağ müharibəsi dövründə şahidi olub:

“Faktiki olaraq ermənilər bütün dünyanı bizim üzərimizə qaldırmışdılar. Qüvvələr nisbəti onların xeyrinə idi. Onlar bu süni üstünlükdən istifadə edərək texniki qələbə əldə etdilər. Ancaq sonra biz dözüm, səbr göstərdik və zamanı çatdı, sözümüzü dedik. Xalqın özünün duyğularında birləşmək istəyi həmişə üstün olub. Biz özümüzü təsdiqləmişik. Bu baxımdan bizim heç bir zəifliyimiz yoxdur”.

Politoloq vurğulayıb ki, yeri və vaxtı gələndə insanlar həm hərəkətə gəlir, həm də öz fikirlərini ifadə edirlər:

“Bununla da bildirirlər ki, bunlarda çox yüksək vətəndaşlıq hissləri var. Bunlar özləri bir çox məsələlərdə könüllü olaraq ortaya çıxırlar. Elə 44 günlük müharibədə gördük ki, çağırış məntəqələrində nə qədər adam var idi. Hamısı heç kimə heç nə demədən birmənalı şəkildə çağırış məntəqələrinə yollanırdılar. Deyirdilər ki, “biz savaş istəyirik”, “gərək biz özümüzü təsdiqləyək”. “Azərbaycanlı ailənin övladları kimi sözümüzü təsdiqləməliyik”. Bu məsələdə kompaniya xarakterli proseslərdən qaçmaq lazımdır. Hər məqamın öz hökmü var, hər yaranmış vəziyyət insanlardan operativ reaksiya doğurur. Və buna uyğun da insanlar hərəkət etməyə başlayır”.

Jalə
Diaspora.TV


Şərhlər

Yaz...