Tarix: 06.11.2024 / 12:07
Azərbaycan xalçaları  Latviyada təqdim olundu

Azərbaycan xalçaları Latviyada təqdim olundu

Latviyanın paytaxtı Riqada "Toxunmuş nar: Azərbaycanın əzəmətli xalçaları" adlı sərgi açılıb.

Diaspora TV “Sputnik Azərbaycan”a istinadla xəbər verir ki, sərgi Azərbaycanın Latviyadakı səfirliyi, "Azərxalça" ASC və Azərbaycan Respublikası Fotoqraflar İttifaqının birgə təşkilatçılığı ilə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunub.

Xalçalar gənc rəssam Samirə Allahverdiyevanın əsərləri əsasında toxunub.

Sərgi ilin sonuna qədər açıq olacaq.


Şərhlər

Yaz...