Azərbaycan vətəndaşlarının Livandan təxliyəsi ilə bağlı diplomatik nümayəndəliyə müraciət olmayıb.
Diaspora.TV xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edək ki, Türkiyə oktyabrın 9-da vətəndaşlarını Livandan təxliyə edəcək. Buna səbəb Yaxın Şərqdə gərginləşən vəziyyətdir.