Tarix: 19.10.2024 / 22:08
Azərbaycan vətəndaşı Udmurtiyadan   niyə qovuldu?

Azərbaycan vətəndaşı Udmurtiyadan niyə qovuldu?

Rusiyanın Udmurtiya vilayət məhkəməsi Azərbaycan vətəndaşının Rusiyaya patent əsasında gəldiyini və miqrasiya orqanlarında qeydiyyatda olduğunu, lakin qalma müddəti bitdikdən sonra qanunvericiliyə uyğun olaraq ölkəni tərk etmədiyini müəyyən edib. 

Diaspora.TV Rusiya mediasına istinadla xəbər verir ki, 22 aprel 2024-cü il tarixindən etibarən o, Rusiya Federasiyasında yaşayış yeri üzrə qeydiyyat olmadan yaşayıb və müvəqqəti yaşayış icazəsi və ya patentin yenilənməsi üçün müraciət etməyib.

Məhkəmə iclasında Azərbaycan vətəndaşı Rusiyada heç bir qohumunun olmadığını qeyd edərək təqsirini etiraf edib.

Məhkəmə cinayətin xarakterini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Azərbaycan vətəndaşının Rusiya ərazisindən məcburi nəzarət altında çıxarılması barədə qərar qəbul edib.

Qeyd edək ki, Azərbaycan vətəndaşının adı və soyadı açıqlanmayıb.

Şərhlər

Yaz...