Tarix: 26.10.2024 / 11:30
Azərbaycan Vaşinqtonda keçirilən Türk Festivalında    təmsil olunub

Azərbaycan Vaşinqtonda keçirilən Türk Festivalında təmsil olunub

ABŞ-nin paytaxtı Vaşinqtonda Türkiyənin və digər türkdilli xalqların mədəniyyətinin, musiqisinin, milli rəqslərinin və mətbəxinin təbliği məqsədilə ənənəvi Türk festivalı keçirilib. Festivalın təşkilatçısı Amerika Türk Assosiasiyasıdır.

Diaspora.TV Diasporla İş üzrə Dövlət Komitəsinin saytına istinadla xəbər verir ki,Virciniya ştatında fəaliyyət göstərən “Baku Delicious” restoranın sahibəsi, Azərbaycan Evinin həmtəsisçisi, diaspor fəalı Sevda Tahirli ölkəmizi həmin tədbirdə təmsil edib.

Virciniya ştatı və ətraf ərazilərdə yaşayan soydaşlarımızın da qatıldığı festivalda Azərbaycan guşəsi yaradılıb, milli mətbəx nümunələrimiz təqdim edilib. Ziyarətçilərə ölkəmizin mədəniyyəti, coğrafiyası haqqında geniş məlumatlar verilib.

Azərbaycanlı gənclərin səsləndirdiyi milli musiqi nümunələrini festival iştirakçıları maraqla qarşılayıb.

Şərhlər

Yaz...