Tarix: 30.09.2024 / 11:45
Azərbaycan üçün nələrisə etməyə çalışırıq –    Leyla Əhmədova

Azərbaycan üçün nələrisə etməyə çalışırıq – Leyla Əhmədova

“Rusiyada yaşayan azərbaycanlılara bir çox məsələdə kömək edib, yol göstəririk”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında 36 ildir Rostovda yaşayan, əslən Borçalının Başkeçid elindən olan hüquqşünas, Rostov Regional İctimai Təşkilatı "Umumazərbaycan Mədəniyyət və Təhsil Birliyinin təsisçilərindən biri Leyla Əhmədova deyib.

L.Əhmədovanın sözlərinə görə, 30 ildən çoxdur ki, Rusiyada Azərbaycanın milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin təbliği ilə məşğuldur:

“Azərbaycanlılar və Azərbaycan üçün kiçik-böyük fərq etməz, xeyirxah əməllərlə məşğuluq, hər zaman nələrisə etməyə çalışırıq. Öz milli adət-ənənələrimizi, tariximizi öyrədib, yaşadırıq. Məsələn, idmançımız var, uşaqlar evində kimsəsiz uşaqlar üçün idman dərsləri keçir. Hazırda uşaqlara milli rəqslərimizi öyrədirik. Azərbaycanın əlamətdar günlərində, Novruz, Ramazan bayramları, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edib, yaşadıb, tanıdırıq. Bundan başqa, itkin düşənləri tapıb ailələri ilə görüşdürürük, Rusiyada dünyasını dəyişən həmvətənlərimizin cənazələrinin vətənə göndərilməsinə nail olmuşuq. Azərbaycana qayıtmaq istəyənlər olanda onlara vətənə qayıtmaları üçün dəstək oluruq”.

Qeyd edək ki, Leyla Əhmədova diaspor fəaliyyəti ilə yanaşı, həm də sahibkardır, kiçik bizneslə məşğuldur. “Xarı-bülbül”, “Xurşidbanu Natəvan”, “Zirvə” və “Zəfər” mükafatları laureatıdır, “XXI Əsrin Ziyalısı” Fəxri adına layiq görülüb.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...