“7-9 noyabr tarixlərində Türkiyə Ticarət və Sənaye Palataları Birliyi İstanbul Sərgi Mərkəzində Türkiyə Ticarət Sərgisini təqdim edəcək".
Bu barədə Diaspora.TV-yə açıqlamasında Antalyada fəaliyyət göstərən Azərbaycan Xalqlar Dostluğu Birliyinin sədri, Türkiyə Respublikası Vəkillər Kollegiyaları Birliyinin, Antalya Vəkillər Kollegiyasının lisenziyalı vəkili Lalə Həsənova məlumat verib.
L.Həsənovanın sözlərinə görə, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin iştirak edəcəyi sərgidə Azərbaycan da var.
Xatırladaq ki, 27 sentyabrda Antalya Ticarət və Sənaye Palatasında Türk Dövlətlərinin Əməkdaşlıq Təşkilatının dəstəyi ilə “Türk Dövlətlərinin İqtisadi Gücü və Türkiyə Sərgisinin Yaradacağı Fürsətlər” adlı konfrans da keçirilib.
Xəyalə Zöhrab
Diaspora.TV