Tarix: 27.10.2024 / 09:20
Azərbaycan tələbələri   14 ölkə arasında 4-cü oldu

Azərbaycan tələbələri 14 ölkə arasında 4-cü oldu

Trabzon Böyükşəhər Bələdiyyəsi Gənclər və İdman İdarəsi və Beynəlxalq Tələbə Dərnəkləri Federasiyasına bağlı Trabzon Beynəlxalq Tələbələr Dərnəyinin birgə təşkil etdiyi turnir başa çatıb.

Diaspora.TV Türkiyə mediasına istinadla xəbər verir ki, Trabzonda keçirilən və 7 gün davam edən beynəlxalq futbol turnirində 14 ölkədən 136 tələbə mübarizə aparıb. Turnirin çempionları misirli tələbələr oldub. Yəmən ikinci, Sudan üçüncü, Azərbaycan isə dördüncü olub.

Turnirdə Türkiyə, Əfqanıstan, Azərbaycan, Çad, Fələstin, Kamerun, Misir, Somali, Sudan, Suriya, Qətər, Yəmən, Efiopiya və İrandan olan tələbələr yarışıblar.

Şərhlər

Yaz...