Tarix: 12 May 2024 21:05 | Baxış sayı: 434
“Azərbaycan təhsil sistemində dəyişikliklər olmalıdır”-  Diaspor fəalı

“Azərbaycan təhsil sistemində dəyişikliklər olmalıdır”- Diaspor fəalı

“Koreyada yaşadığım müddətdə diaspor fəaliyyətimi davam etdirmişəm. Azərbaycan həqiqətlərinin tanıdılması ilə bağlı Koreya məktəblərində, universitetlərində ölkəmiz haqqında dərslər keçmişəm. Bundan başqa Koreyanın ən məşhur telekanallarında çıxışım olub”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Seul şəhər İcra Hakimiyyətinin “Gangnam Qlobal Mərkəzi”nin direktoru, Koreya Ədliyyə Nazirliyinin imiqrasiya, inteqrasiya üzrə konsultantı Nihat Xəlilzadə deyib. Onun sözlərinə görə, diaspor fəaliyyətində qarşılaşdığımız əsas problem soydaşlarımızın komanda şəkilində fəaliyyət göstərə bilməməsidir:

“Bu problemi aradan qaldırmaq üçün Azərbaycan təhsil sistemində müəyyən dəyişiklik olmalıdır. Misal üçün, mən Koreyaya gəlib təhsil alana kimi komanda şəklində fəaliyyət göstərməyin nə olduğunu tam olaraq anlamırdım. Koreyada isə komanda şəklində fəaliyyət bağçadan öyrədilir. Düşünürəm ki, biz bunun anlamını uşaq yaşından dərk etməliyik. Komanda şəklində fəaliyyət yalnız müharibə dövründə və ya çətinlikdə deyil, ümümilikdə hər zaman olmalıdır”.

N.Xəlilzadə vurğulayıb ki, Koreya innovativ ölkə olduğuna görə, Azərbaycan diasporunun şəhərin ictimai-siyasi həyatına, eləcə də mediasına nüfuz etməsi üçün daha çox texnoloji sahədə əməkdaşlıqlar aparılmalıdır:

“Bundan başqa Azərbaycan-Koreya arasında birbaşa uçuşların həyata keçirilməsi gözəl addım olardı. Eyni zamanda hər iki ölkəyə maraqlı olacaq seminarların təşkili və texnoloji layihələrin birlikdə aparılması və s. Hazırda azərbaycanlılar Koreyada yaxşı vəzifələrdə çalışır. Koreyaya tələbə və ya imiqrasiya məqsədi ilə gələn soydaşlarımıza daima köməklik göstərməyə çalışırıq. Təbii ki, Koreyaya gələn azərbaycanlıların sayı artdıqca mediaya daha çox nüfuz edə bilərik”.

Həsən Hüseynov

Şərhlər

Yaz...

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır