Tarix: 08.05.2024 / 10:13
 Azərbaycan Strasburqda keçirlən festivalda  - Fotolar

Azərbaycan Strasburqda keçirlən festivalda - Fotolar

CARES koordinasiyasının Strasburq şəhərində, Saint Etienne meydanında yerləşən Katolik Tələbə Evindǝ təşkil etdiyi «Bières du monde » festivalında (mayın 4- də) Azərbaycan da təmsil olunub.

Bu barədə Diaspora.TV -yə Azǝrbaycanla Mǝdǝni Əlaqǝlǝr Dǝrnǝyinin (APEC Azerbaïdjan) rəhbəri Mustafa Əlincə məlumat verib.

M.Əlincə bildirib ki, festivalda Azərbaycan stendi tarixi Şəkidə hazırlanmış xalçalarla bəzədilib. Milli ornamentlər və Azərbaycanın rəngləri qonaqlara çox xoş təəssurat bəxş edib.


Tanıtım zamanı közdə hazırlanmış badımcan salatını Alsace/Strasboug çörəyi (baguette) müşaiət edib. Mədəniyyətlər bir-biri ilə qovuşarkən meydana çıxan gözəl söhbətlər və dadlar tədbirin əsas mövzusu olub.



Tǝdbiri təşkil edǝn CARES koordinasiyası üzvü, Azǝrbaycan ilǝ Mǝdǝni Əlaqǝlǝr Dǝrnǝyi (APEC Azerbaïdjan) rəhbəri Mustafa Əlincə və azərbaycanlı tələbə Mehriban Hüseynova Azərbaycan mətbəxinin fransız mətbəxi ilə birləşərək necə ecazkar bir ləzzət alınacağını qonaqlara təqdim ediblər.

Tədbirdən sonra Cares kordinasyasının direktoru belə mədəniyyətlərarası tədbirləri təşkil edərkən Azərbaycan mədəniyyətinin tanıdılmasına xüsusi maraq göstərildiyini vurğulayıb.



Xatırladaq ki, bu festivalda Azərbaycanın yerli brendi olan Xırdalan pivəsi iştirak edib.

Qeyd edək ki, Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyi dəstək göstərib.



Şərhlər

Yaz...