Tarix: 05.11.2024 / 18:35
Azərbaycan Səudiyyə ilə eynidir,    Qatardan isə geri qalır

Azərbaycan Səudiyyə ilə eynidir, Qatardan isə geri qalır

Pakistanın baş naziri Şahbaz Şərif bazar ertəsi Nazirlər Kabinetinin üzvlərinə Qətər və Azərbaycanın ölkənin müxtəlif sektorlarına 5 milyard dollar məbləğində sərmayə qoyacağını bildirib.

Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, Federal Nazirlər Kabinetinin iclasında çıxış edən baş nazir Səudiyyə Ərəbistanı və Qətər liderləri ilə günəş enerjisi, mədənlər, minerallar və İT sektorları kimi müxtəlif mövzuların müzakirə olunduğu çox məhsuldar görüşlər keçirdiyini bildirib.

O, Qətərin 3 milyard dollar sərmayə qoyacağını elan etdiyi üçün Qətər İnvestisiya Təşkilatının nümayəndə heyətinin tezliklə Pakistana səfər edəcəyini söyləyib.

Cənab Şərif Nazirlər Kabinetinə Azərbaycanla ticarət əlaqələri barədə də məlumat verib və iki ölkənin müxtəlif sektorlara investisiyaların həcmini 2 milyard dollara çatdırmaq barədə razılığa gəldiyini bildirib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanına son səfəri zamanı iki ölkə arasında iqtisadi tərəfdaşlığın yeni səhifəsi açılıb.

O, Səudiyyə Ərəbistanının investisiyalarının həcminin 2,2 milyard dollardan 2,8 milyard dollara yüksələcəyini bildirib.

Şərhlər

Yaz...