Tarix: 24.10.2024 / 13:07
Azərbaycan şeirləri Norveç dilinə    tərcümə ediləcək

Azərbaycan şeirləri Norveç dilinə tərcümə ediləcək

“Osloda Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbi bir sıra Azərbaycan şairlərinin şeirlərini Norveç dilinə tərcümə edəcək”.

Bu barədə Diaspora.TV-yə açıqlamasında Oslodakı Nizami Gəncəvi adına həftəsonu məktəbinin koordinatoru Günay Əliyeva məlumat verib.

G.Əliyevanın sözlərinə görə, artıq şeirlərin tərcüməsinə başlanılıb:

“Əsas simvolumuz olan himnimiz, Baba Vəziroğlunun “Xatirədir” şeiri Norveç dilinə tərcümə olunub. Norveçin müxtəlif kitabxanalarında mədəniyyətimiz, tariximiz və ədəbiyyatımızla bağlı 200 kitab yer alıb. Bu say artırılmalıdır və zəngin mədəniyyətimiz geniş auditoriyaya təqdim edilməlidir. Bu gün Azərbyacan evləri və həftəsonu məktəbləri xarici ölkələrdə Azərbaycanın milli-mənəvi dəyərlərini təbliğ edən əsas məkanlardır. Dünyanın bir sıra ölkələrində həmrəylik ocağına çevrilmiş Azərbaycan evləri və həftəsonu məktəbləri fəaliyyətlərini daha da genişləndirməli və Azərbaycan haqqında aydın, düzgün məlumatların yayılmasında əsas vasitəçilərdən olmalıdır”.

Qeyd edək ki, Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbi Diasporla İş üzrə Dövlət Komitəsi və Oslo Azərbaycan evinin dəstəyi ilə 2020-ci ildən fəaliyyət göstərir. Məktəbin 20 şagirdi var və onların çoxu Norveçdə dünyaya göz açıb.

Xəyalə Zöhrab
Diaspora.TV



Şərhlər

Yaz...