Tarix: 27.09.2024 / 11:30
Qarabağdakı sonuncu "prezident"   DTX maskalılarından necə qurtulub?

Qarabağdakı sonuncu "prezident" DTX maskalılarından necə qurtulub?

Qarabağda qondarma rejimin sonuncu "prezidenti" Samvel Şahramanyan "Artsax" ictimai televiziyasına müsahibəsində Azərbaycan tərəfinin niyə onu da həbs etməməsi və Ermənistana necə gəldiyini izah edib.

Diaspora.TV xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

"Azərbaycan tərəfi “Artsax liderləri” məsələsində seçmə yanaşma nümayiş etdirdi. Azərbaycan tərəfinin niyə belə bir qərar verdiyi sualına cavab verə bilmərəm, amma həm də belə qənaətə gələ bilərəm ki, bu insanlar siyasi məqsədlərlə həbs edilərək Bakıya aparılıblar. Məni helikopterlə apardılar. “Mən, “müdafiə naziri” və 2 “təhlükəsizlik əməkdaşım” helikopterlə Sisiyə aparıldıq”, - deyə Şahramanyan bildirib.







Şərhlər

Yaz...