Polkovnik Fuad İbrahimov Azərbaycanın Qazaxıstandakı yeni hərbi attaşesi təyin edilib.
Diaspora.TV xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov dekabrın 20-də Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Qazaxıstanın müdafiə naziri ikitərəfli əməkdaşlığın müsbət dinamikasını qeyd edib və yeni təyin olunmuş hərbi attaşe polkovnik Fuad İbrahimova yeni vəzifəsində uğurlar arzulayıb. Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı genişləndirmək istəklərini təsdiqləyiblər", - nazirlikdən bildirilib.