"Rusiyanın Kemerova vilayətində “Azərbaycan qadınının gözəllik rəmzi-Kəlağayı” müsabiqəsinin təqdimatı olub.
Bu barədə Diaspora.TV-yə Rusiyada yaşayan soydaşımız “Dünya Azərbaycan Qadınları" İctimai Birliyinin rəhbəri Xatirə Qəmbərova məlumat verib.
Cəmiyyət sədri müsabiqədə iştirak edən xanımları təbrik edib, təşəkkürünü bildirib:
"Tədbirin təşkilatçısı Rusiyada DAQİB-nin Kemerova nümayəndəsi pedaqoq-psixoloq İlhamə Əliyevaya təşəkkür edirik. Müsabiqə kəlağayımızın beynəlxalq aləmdə tanıdılmasının 10 illiyi ilə bağlı dünya azərbaycanlı qadınları arasında keçirildi. Müsabiqədə 240 xanım iştirak etdi. Əsas məqsəd kəlağayımızın beynəlxalq aləmdə təbliği, gələcək nəsillərə ötürülməsi, müasir geyimlərlə kobinə edilməsinə nail olmaqdır.
Qeyd edək ki, müsabiqənin ideya müəllifi və rəhbəri Rusiyada “Dünya Azərbaycan Qadınları" İctimai Birliyi”nin rəhbəri Xatirə Qəmbərova, münsiflər heyətinin sədri Əməkdar İncəsənət xadimi, modelyer Fəxriyə Xələfovadır. Layihəyə təşkilati dəstəyi isə SQİB-nin sədri Zenfira Ağayeva verib.
Xəyalə Zöhrab
Diaspora.TV