Tarix: 20.11.2024 / 18:21
“Azərbaycan qadınının gözəllik rəmzi - Kəlağayı”...    - Krımda

“Azərbaycan qadınının gözəllik rəmzi - Kəlağayı”... - Krımda

“Azərbaycan qadınının gözəllik rəmzi - Kəlağayı” müsabiqəsinin Krım təqdimatı, qaliblərin və iştirakçıların mükafatlandırılması ilə əlaqədar tədbir keçirilib”.

Bu barədə məlumatı Diaspora.TV-yə açıqlamasında layihənin rəhbəri Azərbaycan Qadınlar Birliyinin sədri Xatirə Qəmbərova deyib.

X.Qəmbərova bildirib ki, tədbirdə başqa millətlərin nümayəndələri də iştirak edib:

“Müsabiqədə Krımdan 20 nəfər iştirak edib. Tədbirin təşkilatçısı, DAQİB-nin Krım nümayəndəsi Qızqayıt Qədirovaya, təşkilati dəstəyə görə Ətir Loğmanovaya,müsabiqə iştirakçılarına təşəkkür edirik”.

Qeyd edək ki, müsabiqə milli baş örtüyü kəlağayımızın UNESKO-nun Qeyri-Maddi-Mədəni İrs üzrə Peprezentativ siyahısına daxil edilməsinin 10 illiyi ilə əlaqədar dünya Azərbaycan qadınları arasında keçirilib.

Müsabiqənin münsiflər heyətinin sədri Əməkdar incəsənət xadimi, modelyer Fəxriyə Xələfovadır.

Müsabiqənin təqdimatı,qaliblərin və iştirakçıların mükafatlandırılması Rusiyanın bir çox regionlarında davam edir.

Xəyalə Zöhrab
Diaspora.TV


Şərhlər

Yaz...