Tarix: 22 Sentyabr 2024 13:16 | Baxış sayı: 297
Azərbaycan musiqisi Fransız radiosunda təqdim  olunacaq

Azərbaycan musiqisi Fransız radiosunda təqdim olunacaq

CARES Koordinasiyasının üzvü olan, Strasburq şǝhǝrində fǝaliyyət göstǝrǝn Azǝrbaycanla Mǝdǝni Əlaqǝlǝr Dǝrnǝyinin (APEC Azerbaïdjan) (Association Pour l’Echange Culturel avec l’Azerbaïdjan) RBS-də artıq həftəlik proqramını təqdim edir.

Diaspora.TV xəbər verir ki, Azərbaycan musiqisinin bütün palitraları haqqında məlumatların fransız dilində təqdim olunduğu yeganə radio proqramıdır.

2024-2025 sezonunun 3-cü yayımı 22 sentyabr saat 14-dǝn 15-dǝk efirǝ çıxacaq.

Mövzu: Azərbaycan Milli Musiqi Bayramı və Tar musiqi aləti. Aparıcılar: Mustafa Alinca – Mehriban Hüseynova. Teknik: Mehriban Hüseynova (Cares) et Etienne Faivre texniki yardım. QONAQLAR :
Zöhrab Mürsəlov: Tar ustası (Bakı) vǝ musiqiçi dostları ilə birlikdə Bakldan canlı musiqi ifa edəcəklǝr. Jalǝ Tǝbrizli - AcrDH prezidenti (İnsan Hüquqlarının Müdafiəsi Təşkilatı və Azərbaycanlıların Demokratik/Mədəni Tələbləri-İran (Güney Azərbaycan).

FM Kanalından: Strasburq vǝ yaxınlarında olanlar üçün RBS Radio proqramlarımız FM kanalı 91.9 MHZ-dǝ dinləyə bilǝrsiniz.

CANLI YAYIM: RBS : http://www.radiorbs.com/
(Sǝhifǝ açılan kimi üst tǝrǝfdǝki qırmızı düymǝyǝ
klik edin: ECOUTER RBS EN LIVE)

Şərhlər

Yaz...

İran İsrailin əmrlərini necə    icra edir?
Video Qalereya, Cənub vaxtı

İran İsrailin əmrlərini necə icra edir?