Tarix: 06.08.2024 / 16:00
“Azerbaycan milli giyimleri” adlı səhifə    yaradılıb

“Azerbaycan milli giyimleri” adlı səhifə yaradılıb

Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi milli mədəniyyətimizin təbliği və ictimaiyyətin bu barədə dolğun informasiya təminatını həyata keçirmək məqsədilə “Vikipedia” virtual ensiklopediyasında Türkiyə türkcəsində Azərbaycana dair səhifələrin yaradılması və mövcud olan səhifələrin təkmilləşdirilməsi istiqamətində iş aparır.

Diaspora.TV xəbər verir ki, bu barədə diaspor üzrə araşdırmaçı-ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürk öz sosial şəbəkə hesabında paylaşım edib.

"Azərbaycan Mədəniyyət Mərkəzində yaradılmış azərbaycanlı tələbələrdən ibarət “Vikipediya könüllüləri” qrupu "Vikipediya"nın Türk dili bölməsində “Azerbaycan milli giyimleri” adlı səhifə yaradıblar. Vacib və mötəbər işdə könüllü qrupa uğurlar arzulayıram", - deyə E.Eltürk bildirib.



Şərhlər

Yaz...