Tarix: 04.09.2024 / 12:12
 Azərbaycan məktəblərinin artırılmasını səfirliklər etməlidir    – Şahlar Əsgərov

Azərbaycan məktəblərinin artırılmasını səfirliklər etməlidir – Şahlar Əsgərov

“Xarici ölkələrdə Azərbaycan məktəblərinin sayının artırılması prosesi səfirliklər vasitəsi ilə həyata keçirilməlidir”.

Bu sözləri Diaspora.TV-yə sabiq millət vəkili Şahlar Əsgərov deyib. Deputat belə təcrübənin zamanla mövcud olduğunu vurğulayıb:

“Əgər hansısa bir ölkədə azərbaycanlılar çoxluq təşkil edirsə, yəni onlar xaricdə işləyib, biznes qurublarsa, yaxud da diplomatiya, siyasətlə məşğuldurlarsa onların uşaqlarının Azərbaycan dilində məktəblərdə təhsil alması çox yaxşı olar”.

Ş.Əsgərov Rusiyada belə Azərbaycan məktəblərinin olduğunu önə çəkib:

“Məktəb bir işıqdır. O harada yanmasından asılı olmayaraq Azərbaycan uşaqları həmin məktəblərdə təhsil alıb oxuyurlarsa, bunu hamı alqışlamalıdır. Hətta arzu edərdim ki, bunu cəmiyyət də alqışlasın”.

Jalə
Diaspora.TV


Şərhlər

Yaz...