Türkiyədə Avrasiya Sənayeçi və İş Adamları Assosiasiyasının təşkilatçılığı ilə mükafatlandırma mərasimi keçirilib.
Diaspora.TV xəbər verir ki, mərasimdə “İlin ən uğurlu məktəbi” mükafatına Hüseyn Cavid adına Azərbaycan məktəbinin qurucusu və direktoru Şərqiyyə Məmmədova layiq görülüb.
Ş.Məmmədovaya mükafatı AK Partiya millət vəkili Hasan Turan təqdim edib.
Tədbirdə bu mükafatın bütün azərbaycanlı şagirdlər adına alınan mükafat kimi qiymətləndirilib.
Qeyd edək ki, Ş.Məmmədova özünü İstanbulun Bayrampaşa və ətraf ərazilərdə yaşayan azərbaycanlı uşaqların təhsilinə həsr etmiş maarifçi xanımdır. O, Azərbaycan Təhsil Mədəniyyəti və Sosial Həmrəylik Assosiasiyasını təsis edib. Ş.Məmmədova qısa müddətdə İstanbulda yaşayan təhsildən kənar soydaşlarımız üçün Azərbaycan məktəbi yaratmağa nail olub. Şagirdlər üçün məktəb ləvazimatları və geyimlər, məktəbin bütün xərcləri Ş.Məmmədovanın keçmiş tələbələrindən olan iş adamı Anar Əlizadə tərəfindən qarşılanır.
Xəyalə Zöhrab
Diaspora.TV