Tarix: 24.08.2024 / 11:10
Azərbaycan məhsullarını xaricə necə    çıxara bilərik?

Azərbaycan məhsullarını xaricə necə çıxara bilərik?

“Azərbaycan öz brendini dünyada tanıtmaq üçün Avropa standartlarına uyğun kənd təsərrüfatı məhsulları istehsal etməlidir”.

Bu sözləri Diaspora.TV-yə müsahibəsində iqtisadçı Vahid Məhərrəmov deyib. Ekspert hesab edir ki, yalnız bundan sonra ölkədən kənarda həmin məhsulların reklamlarını qurmaq olar:

“Bu gün bizim istehsal etdiyimiz məhsulun əsas hissəsi ancaq Rusiyaya gedir. Bunun da səbəbi onun keyfiyyəti ilə əlaqədardır. Yəni keyfiyyətində problem var. Məsələn, Rusiyaya ən çox ixrac edilən məhsul pomidordur. Azərbaycan pomidoru Rusiyada satışına görə üçüncü yerdə durur. Əgər Azərbaycan keyfiyyətli məhsul istehsal etsə, onu əldə etmək üçün Böyük Britaniya, Fransa, İtaliya və s. kimi ölkələrdən gələcəklər. Çalışacaqlar ki, bu məhsulların hər biri öz ölkələrində onun satışını həyata keçirsinlər”.

Ekspertin fikirincə, Azərbaycanın qarşısında duran əsas məsələ ilk növbədə məhsuldarlığın artırılmasıdır:

“Məhsulun keyfiyyətini yaxşılaşdıraq və onu rəqabət qabiliyyətli edək. Çalışmalıyıq ki, ən yaxşı standartlara cavab verən məhsul istehsal edib, qablaşdırıb, onu ixrac edək”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...