Tarix: 14.09.2024 / 19:11
Bu dəfə Təbrizin imam cüməsi   Azərbaycanı hədələdi

Bu dəfə Təbrizin imam cüməsi Azərbaycanı hədələdi

İran rəhbəri Xameneyinin Şərqi Azərbaycan əyalətindəki nümayəndəsi və Təbrizin imam cüməsi Əhməd Mütəhhəri Əsl dünən riyakarlıqla cümə namazı xütbələrində Azərbaycan rəsmilərinə xitabən deyib ki, onların Vahid Azərbaycan şüarı ilə dilə gətirdikləri “nağıllar" uzun-uzadıdır.

Diaspora.TV xəbər verir ki, o, deyib ki, İslam ümmətinin birliyinə ziyan vuracaq və millətin özünü zəiflədən bəzi sözlərin deyilməməsinə diqqət yetirilməlidir.

Sitat: “İranın dost və qonşu ölkəsi kimi Azərbaycan siyasətçiləri və rəsmilərinə səslənirəm ki, mediada “bəzi nadan və ikiüzlü insanların” dilə gətirdiyi bölücü sözlərə son qoyulsun. Vahid Azərbaycan şüarı ilə danışdıqları nağılların uzun tarixi var, əgər bu nağılın üstü açılsa, bizim zərərimizə olmayacaq, sizin öz ziyanınıza bitəcək. Əgər buranın sizə aid olması ilə bağlı hər hansı söz çıxacaqsa, bu müzakirələr sizə ziyan vuracaq, biz isə zərər görməyəcəyik, ona görə mətbuatda bu sözlərə son qoyun”./Azad İran


Şərhlər

Yaz...