Tarix: 24.06.2024 / 09:00
Azərbaycan kimi diasporu parçalanmış ikinci bir ölkə yoxdur  - SƏDR

Azərbaycan kimi diasporu parçalanmış ikinci bir ölkə yoxdur - SƏDR

“Bu və ya digər məsələlərdən Azərbaycandan incik düşən və ölkədən gedən bütün intellektual gənclərin hamısı hakimiyyətlə diaspor təşkilatları ətrafında birləşdirilməlidir”.

Bu sözləri Diaspora.TV-yə Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib.

Sədr bildirib ki, dünyada Azərbaycan kimi diasporu parçalanmış ikinci bir ölkə, cəmiyyət yoxdur:

“2014-ci ildə iqtidar-müxalifət dialoqunun ilk görüşü idi. Mən orada bildirdim ki, xarici ölkələrdə ən aktiv və intellektual vətəndaşlarımız Azərbaycan əleyhinə fəaliyyət göstətir. Təklif etdim ki, onların hər biri ilə ən yüksək səviyyədə əlaqə saxlanılmalı və bu prosesin qarşısı alınmalıdır”.

Ə.Oruc hesab edir ki, bu problemin həlli yolları var.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...