Azərbaycan istiqamətində Gürcüstan sərhədini qanunsuz keçməyə cəhd edən 2 nəfər saxlanılıb.
Diaspora.TV gürcü mediasına istinadla xəbər verir ki, bu barədə Gürcüstan sərhəd polisi məlumat yayıb.
İstintaq zamanı müəyyən olunub ki, təqsirləndirilən 1996 və 2006-cı il təvəllüdlü şəxslər Azərbaycan Respublikasından Gürcüstan istiqamətində qrup halında sərhəd-keçid məntəqəsindən yan keçməklə Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd ediblər.
Daxili İşlər Nazirliyinin sərhəd polisi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində sözügedən şəxslər saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 344-cü maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə İstintaq başladılıb.