Tarix: 12.09.2024 / 11:20
Azərbaycan icmasının üzvü    azad edilib

Azərbaycan icmasının üzvü azad edilib

Sentyabrın 10-da həbs edilən "Güclü Gürcüstan”nın Saqareco rayon təşkilatının üzvü Vüsal Qayıbov istintaq təcridxanasından buraxılıb.

Diaspora.TV gürcü mediasına istinadla xəbər verir ki, ittiham tərəfi artıq müxalifətçinin həbsini tələb etmir.

“Prokurorluq Vüsal Qayıbov təqdim edilən maddəni dəyişib və indi o, Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin birinci hissəsi ilə ittiham olunur. “Güclü Gürcüstan”ın liderləri və vəkilləri komanda yoldaşını dəstəkləmək üçün Saqarecodadır. Siğnaği rayon məhkəməsində tərəflər yaxın bir neçə saat ərzində qabaqlayıcı tədbirlərin növlərini müzakirə edəcəklər”, - deyə bəyanatda bildirilir.


Şərhlər

Yaz...