Tarix: 11.09.2024 / 16:22
 Azərbaycan icmasının üzvü niyə    saxlanılıb?

Azərbaycan icmasının üzvü niyə saxlanılıb?

Saqareco təşkilatının üzvü, Azərbaycan icmasının nümayəndəsi Vüsal Qayıbov saxlanılıb.

Diaspora.TV gürcü mediasına istinadla xəbər verir ki, vəkil Saba Buadzenin sözlərinə görə, xüsusi əməliyyat nəticəsində V.Qayıbovun evindən götürülən silahla nə koalisiya üzvünün, nə də onun ailə üzvlərinin heç bir əlaqəsi yoxdur.

Daxili İşlər Nazirliyi bildirib ki, müttəhimin evinə baxış zamanı 2 odlu silah və 59 patron götürülüb.

V.Qayıbovun vəkili vurğulayıb ki, saxlanılan şəxs bunu siyasi motivlərlə əlaqələndirir.

"O, özünü təqsirli bilmədiyini deyib. Özünü günahsız hiss edir. Odlu silahı qardaşının evində ilk dəfə görüb. Tapılan 2 odlu silah var, 1-i tamamilə yararsızdır və paslı vəziyyətdədir. Silahların hər ikisini ilk dəfə görüb, hələ irəli sürülməmiş bu ittihamı siyasi motivlə əlaqələndirir, lakin o, Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü hissəsi ilə saxlanılıb", - deyə vəkil bildirib.




Şərhlər

Yaz...