Tarix: 09.10.2024 / 18:30
Azərbaycan icması və diasporla iş aparılmalıdır    - Politoloq

Azərbaycan icması və diasporla iş aparılmalıdır - Politoloq

“Müasir dövrdə dövlətlərin xarici siyasətinin əsas prioritetlərindən biri də xaricdə fəaliyyət göstərən, onların siyasətlərinə təsir edən qruplarla əlaqələrin qurulmasıdır”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Oqtay Qasımov deyib. Onun sözlərinə görə, hazırda Amerika Birləşmiş Ştatları və Qərb ölkələrində buna daha çox ehtiyac var:

“Çünki bu ölkələrin dünya siyasətinə təsir imkanları və apardıqları, tətbiq etdiləri siyasətin stantdartları bir çox hallarda Azərbaycanın maraqlarına ziddir, müəyyən təsir altında qərarlar verilir. Bu da dövlətlərarası münasibətlərə zərər verir”.

Politoloq qeyd edib ki, bunun nümunəsi son dövrlərdə Amerika Birləşmiş Statları ilə Azərbaycan arasında yaşanmaqdadır:

“Millət vəkilləri Xarici İşlər Nazirliyinə məhz ABŞ-ın son illərdəki Azərbaycana yönəli siyasəti, o cümlədən rəsmi şəxslərin anti-Azarbaycan açıqlamaları və 60-a yaxın senator və konqresmenin müraciəti münasibətlərə kifayət qədər ciddi zərər verir. Məhz bu tipli amillər Azərbaycan dövlətini belə məsələlərin həlli ilə bağlı müəyyən addımlar atmağa vadar edir”.

Oqtay Qasımlı vurğulayıb ki, bunun bir istiqaməti də xarici ölkələrdə yaşayan Azərbaycan icması və diasporla bağlı işlərin aparılması məsələsidir:

“Xüsusi ilə də xaricdə yaşayan soydaşlarımızın yaratdıqları təşkilatların işi həmin ölkələrin ictimai-siyasi həyatında daha aktiv iştirak etmək və Azərbaycanın mövqeyini bu ölkələrdə çatdırmaq olmalıdır”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...