Tarix: 15.08.2024 / 19:20
Azərbaycan icmaları  Kursk qaçqınlarına yardım göstərir

Azərbaycan icmaları Kursk qaçqınlarına yardım göstərir

“Rusiyanın hər yerindən Kursk sakinlərinə tonlarla humanitar yardım çatdırılır. Voronej vilayətinin azərbaycanlı icmasının nümayəndələri faciənin elə ilk saatlarında məcburi köçkünlərə yardım etməyə başlayıblar”.

Diaspora.TV xəbər verir ki, bu məlumatı Voronej vilayətinin Azərbaycan diasporunun rəhbəri, Voronej vilayətinin qubernatoru yanında Milli Palatanın üzvü Mehdi Mehdiyev verib.

O bildirib ki, icmanın üzvləri Kursk bölgəsində evlərini tərk etmək məcburiyyətində qalan qaçqınlar – qadın və uşaqlar üçün dərhal humanitar yardım yığmağa başlayıblar:

“Qaçqınlara ən zəruri əşyalar - yemək, yataq dəsti, gigiyena vasitələri olan maşın göndərdik. Hər həftə göndərəcəyik”.

M.Mehdiyev deyir ki, icma, həmçinin Şimal-Şərq Hərbi Dairə zonasına humanitar yardım göndərir:

“Rusiya ilə Azərbaycan həmişə dost olublar. Ölkələrimiz təkcə təbii sərvətlərlə deyil, həm də çoxmillətli insanlarla zəngindir. Biz əsrlər boyu dost olmuşuq və bundan sonra da dost olmağa davam edəcəyik. İcmamız Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni və iqtisadi əlaqələri qorumaq və inkişaf etdirmək üçün yaradılıb”.

Voronej vilayətinin azərbaycanlı icmasının sədri Emil Kazımov qeyd edib ki, onlar təbii fəlakətin ilk saatlarında Kursk şəhərinin azərbaycanlı icması ilə əlaqə saxlayıb və yardım göstərmək üçün birgə səylərini əlaqələndiriblər:

“Humanitar yardım birbaşa qaçqınlara göndərilən müraciət əsasında toplanıb. Siyahıya əsasən, biz təcili olaraq lazım olan hər şeyi aldıq. Kurskda humanitar yardım olan avtomobili Kurskdakı Azərbaycan icmasından olan həmkarlarımız qarşılayıblar. Göndəriyimiz bütün əşyalar və ərzaq məhsulları müvəqqəti yerləşdirmə mərkəzlərinə paylanıb”.

Emil Kazımov qeyd edib ki, bu gün onlara məlumat verilib ki, qaçqınların sayı artıb, ona görə də icma ianə aksiyasına başlayıb:

“İnsanlar çətinlikdədirlər. Biz buna heç vaxt kənardan baxa bilməyəcəyik. Millətindən və dinindən asılı olmayaraq hər zaman kömək əlimizi uzadacağıq”.

Qeyd edək ki, dünən Stavropolda fəaliyyət göstərən “Odlar Yurdu” Azərbaycan icması kazak ataman Sergey Alekseeviç ilə Kursk vilayətində və Şimal Hərbi Dairəsində zərərçəkənlərə humanitar yardım göstərmək üçün birgə tədbir keçiriblər. Tədbirdə Stavropolda Azərbaycan icmasının rəhbəri Fəxrəddin Yarıyev icmanın rayon sədrləri Müşviq Hüseynov, Bəxtiyar Əsədov, gənclər təşkilatının sədri Rasim Nəbiyev iştirak ediblər. Qərara alınıb ki, göndərilən yardımların əhatə dairəsi genişləndirilsin.

Xatırladaq ki, Rusiya qoşunları Ukrayna ərazilərinə məhz Kurskdan keçərək daxil olmuşdu.



Şərhlər

Yaz...