“Azərbaycan həqiqətlərini, mədəniyyətini, tarixini, siyasətini, görkəmli şəxsiyyətlərini, Rusiya ictimiayyətinə çatdırmağa çalışıram”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında Azərbaycanın Əməkdar elm xadimi, Rusiya Memarlıq və İnşaat Elmləri Akademiyasının (RAAiSN) əcnəbi üzvü, texniki elmlər doktoru, professor Kamran Rüstəmov deyib.
K.Rüstəmov qeyd edib ki, Azərbaycan anlayışını geniş mənada rusdilli ictimaiyyətə çatdırmağa çalışır:
“Bəzi məqalələrim bir sıra dillərdə tərcümə olunub. Buna misal olaraq, Ankarada türk dilində, Dubayda isə ingilis dilinə tərcümə olunaraq ingisdilli dövlətlərdə yayılır”.
K.Rüstəmov qeyd edib ki, elmi iş və onun nəticələri, müxtəlif vasitələrlə tədrisə müsbət təsir etməlidir:
“Bunu necə etmək olar? Hesab edirəm ki, müəyyən fakultətiv dərslərdə bu elmin nəticələri çatdırmaq üçün seminarlar keçirtmək olar. Həmin seminarlara müxtəlif ölkələrdən olan eyni istiqamətdə işləyən alimləri dəvət etmək olar. Bu da tədrisin təkmilləşdirilməsində mühün rol oynayacağını düşünürəm”.
Həsən Hüseynov
Diaspora.TV