“Azərbaycan həqiqətlərinin bütün dünyaya tanıdılması ilə bağlı yaşadığım yerdə izahat işləri aparıram”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında İsraildə yaşayan soydaşımız Anuar Budaqov deyib.
Bard, yəni bədii mahnı ilə məşğul olduğunu bildirən A.Budaqov (KAP) - Bakı şəhər Bədii Mahnı Klubunun üzvü olduğunu bildirib:
“Təkcə İsraildə deyil, Rusiyada da konsertlərlə çıxış edirəm. Eyni zamanda, yaşadığım ölkədə Azərbaycana qarşı törədilən işğal mövzusunu qaldırıram. Həmçinin, insanlara bu münaqişənin təşəbbüskarının kim olduğunu çatdırmağa çalışıram. Bundan başqa, Ermənistanda dağıdılmış Azərbaycan mədəni irsi olan Sərdar Sarayının nadir fotoşəkillərini təqdim edirəm. Həmçinin Nijdenin Zəngəzurda Azərbaycan xalqına qarşı törətdiyi soyqırımından bəhs edirəm və insanlara fotoşəkil göstərərək izah etməyə çalışıram ki, bu xarakterə Yerevanın mərkəzində abidələr qoyulur”.
A.Budaqov vurğulayıb ki, burada problem ondan ibarətdir ki, bəzi insanlar “Dənizdən-dənizə qədim Ermənistana inanır” və “Böyük Ermənistan” ideyasının Mikoyana aid olduğunu düşünürlər:
“O zaman Xruşşov bu fikirləri dərsliklər, ensiklopediyalar, məqalələr vasitəsilə kütlələrə çatdırdı. Biz bütün həqiqətləri dünyaya çatdırmaq üçün çox işləməliyik”.
Həsən Hüseynov
Diaspora.TV
Tərlan Muradov
Salam mən bu fikirlə tamamıyla razıyam.Azərbaycan xalqı azərbaycan respublikasının gücünü bir daha sübut etməlidir.Hörmətli cənab prezdentimiz ilham əliyevin (dəmir yumruq) ifadəsi ilə sübut etdik
23.05.2024 / 16:37